Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqroda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
TodayPress Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Yusifov üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa qalib gəlib.
Bu, Azərbaycan cüdoçularının Podqoritsa turnirində qazandığı ilk mükafat olub.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da qitə çempionatının mükafatları uğrunda mübarizə aparacaq.
Namiq HUN
tag: cüdo,Avropa çempionatı,Bürünc medal,Əhməd Yusifov,Monteneqro,İdman,todaypress.az,