Cüdoçumuz Almaniyadakı turnirdə qızıl medal qazandı

İdman

23.03.2025 04:00

708

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.

 

TodayPress xəbər verir ki, 48 kiloqramda mübarizə aparan Azərbaycan cüdoçusu Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

 

Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.

tag: Almaniya, Cüdo,Qızıl Medal, Kubok, Azərbaycan, todaypress.az,