Cüdoçuların dünya çempionatı başlayır
İdman
01.10.2024 13:45
Tacikistanda 2 oktyabrda cüdo üzrə gənclər arasında dünya çempionatı start götürəcək.
TodayPress xəbər verir ki, Düşənbə turnirində Azərbaycanı 11 çəki dərəsində 9 oğlan və 4 qız cüdoçu təmsil edəcək.
Qızların turnirində Könül Əliyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) mundialın medalları uğrunda yarışacaqlar.
Oğların yarışında isə Nizami İmranov (60 kq), İslam Rəhimov, Məhəmməd Musayev (hər ikisi 66 kq), Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Tuncay Şamil, Aslan Kotsoyev ( hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.
Cüdoçular 2-5 oktyabr tarixlərində çempionatın fərdi yarışlarında, 6 oktyabrda isə komanda yarışlarında iştirak edəcək.
Namiq HUN
tag: Tacikistan,Düşənbə,Turnir,Cüdo,todaypress.az,