Cüdoçularımızın Düşənbə sınağı

İdman

30.04.2025 11:45

6

Cüdo üzrə Azərbaycan yığma komandası "Böyük Dəbilqə" turnirinin keçiriləcəyi Düşənbəyə yollanır.   

TodayPress xəbər verir ki, mayın 2-4-də Tacikistan paytaxtında keçiriləcək yarışda ölkəmizin idman şərəfini səkkiz cüdoçu qoruyacaq.   

Dünya turunda Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qəmzətxanov və Kənan Nəsibov (+100 kq) bacarığını göstərəcək.   

Namiq HUN

tag: Cüdo,Turnir,Düşənbə,Yarış,Todaypress.az,