Cüdoçularımızın Daşkənd sınağı
Özbəkistanda cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.
TodayPress xəbər verir ki, Daşkənd şəhərinin ev sahibliyi edəcəyi turnirdə Azərbaycanı 4 cüdoçu təmsil edəcək.
Fevralın 28-dən martın 2-dək keçiriləcək “Böyük Dəbilqə” turnirində tatami üzərində Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq) və Zelim Tskayev (81 kq) bacarığını göstərəcək.
Namiq HUN
tag: Özbəkistan,Cüdo,Böyük Dəbilqə,Todaypress.az,