Cüdoçularımız Türkiyə Superliqasında bürünc medal qazandı - FOTO
Cüdoçularımız Türkiyə Superliqasında bürünc medal qazandılar
Azərbaycan cüdoçuları Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) komanda yarışında Türkiyə Superliqasının bürünc mükafatçısı olublar.
TodayPress xəbər verir ki, Ankarada keçirilən yarışda Fətiyev və Kokauri “İzmir Büyükşehir Belediyesi”nin heyətində uğurlu çıxışla yadda qalıblar.
Superliqada ümumilikdə 16 komanda iştirak edib.
Namiq HUN
tag: Türkiyə, Cüdo ,Bürünc ,Medal ,todaypress.az,
