Cüdoçularımız reytinqdə irəlilədilər
Beynəlxalq Cüdo Federasiyası (IJF) yeni dünya reytinqini açıqlayıb.
TodayPress xəbər verir ki, reytinqdə Monteneqroda keçirilən Avropa çempionatının nəticələri də öz əksini tapıb.
Podqoritsa turnirində cüdoçularımız bir gümüş və dörd bürünc medal qazanıblar.
Olimpiya çempionları, Hidayət Heydərov (73 kq) və Avropa çempionatının gümüş mükafatçısı Zelim Kotsoyev (100 kq) dünya reytinqində liderliklərini qoruyublar.
Avropa çempionatının bürünc medalçılarından Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) də öz göstəricilərini yaxşılaşdırıblar.
Tçkayev 7-ci, Məmmədəliyev 8-ci, Fətiyev 16-cı, Yusifov isə 17-ci yerə yüksəliblər. Podqoritsada 5-ci olan Uşangi Kokauri (+100 kq) 13-cü sıraya yüksəlib.
Yalnız qitə yarışında 7-ci yeri tutan Tufan Bayramov (60 kq) reytinqdə mövqe itirərək 13-cü yerdə qərarlaşıb.
Namiq HUN
tag: Cüdo,Reytinq,İrəliləmə,Uğur,Todaypress.az,