Cüdoçularımız Qran-pri turnirində 1 gümüş və 2 bürünc medal qazandılar
İdman
13.09.2024 21:14
Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı
Zaqrebdə keçirilən Qran-pri turnirinin ilk günündə 1 gümüş, 2 bürünc medal
qazanıblar.
TodayPress xəbər verir ki, 60 kq çəki dərəcəsində
mübarizə aparan Əhməd Yusifov final görüşündə məğlub olmaqla gümüş medalla
kifayətlənib.
Eyni çəkidə tatami üzərində çıxan Turan Bayramovun
qazancı isə bürünc medal olub. 66 kq çəkidə qüvvəsini sınayan Ruslan Paşayev də
fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc medala yiyələnib.
Qeyd edək ki, sentyabrın 13-dən 15-dək keçiriləcək
Qran-pri turnirində 40 ölkədən 326 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
tag: Medal, Qran-pri, Əhməd Yusifov, Qızıl Medal Turan Bayramov,todaypress.az,