Cüdoçularımız Gimnaziadanı birinci yerdə başa vurdular
İdman
26.10.2024 21:47
Azərbaycan cüdoçuları Bəhreyn-2024
Gimnaziada İdman Oyunlarında birinci yeri tutub.
TodayPress xəbər verir ki, idmançılarımız Bəhreyn
Krallığının paytaxtı Manamada keçirilən yarışı 2 qızıl, 4 gümüş və 7 bürünc
medalla başa vurub.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi
hesabda ikinci, oğlanlar arasında birinci, qızlar arasında isə doqquzuncu yeri
tutub.
Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl, 1
gümüş, 5 bürünc medal qazanıb.
İkinci gündə tatami ustalarının qazancı 1 qızıl, 3 gümüş
və 2 bürünc medal olub.
tag: Qızıl Medal, Cüdo, İdman, Manama, todaypress.az,