Cüdoçularımız Avropa Kubokunda 2 qızıl və 2 bürünc medal qazandılar
Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində davam
edən gənclər arasında Avropa Kubokunun ilk günündə 2 qızıl və 2 bürünc medal
qazanıblar.
TodayPress xəbər verir
ki, Fərid Qarayev (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib
gələrək fəxri kürsüsünün ən yüksək pilləsinə qalxıblar.
Nihad Məmişov (60 kq) və Əbil Yusubov (73 kq) isə
bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, hazırda yığma 4 medalla ümumi sıralamaya
başçılıq edir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb.
tag: Azərbaycan, Cüdo, Polşa, Poznan, Avropa, Qızıl Medal, Bürünc, todaypress.az,