Cüdoçularımız Avropa Kubokunda 10 medal qazandı
İdman
17.02.2025 18:20
Yeniyetmə cüdoçular arasında Slovakiyanın Samorin şəhərində keçirilən Avropa Kuboku turniri başa çatıb.
TodayPress xəbər verir ki, iki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.
Komandamız yarışda 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıb.
Millimiz turnirdə medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Namiq HUN
tag: Azərbaycan,Cüdo,Avropa Kuboku turniri ,İdman,todaypress.az,