Cüdoçularımız açıq Avropa çempionatında ikinci yeri tutdu
İdman
30.09.2024 12:25
Çexiyada cüdo üzrə açıq Avropa çempionatı başa çatıb.
TodayPress xəbər verir ki, Azərbaycan cüdoçuları Praqa turnirində 1 qızıl və 2 gümüş medal qazanıblar.
Açıq Avropa çempionatının baş mükafatı Rəşad Yelkiyevin (66 kq) aktivindədir.
Yalnız finalda məğlub olan Hüseyn Allahyarovla (60 kq) Camal Qamzatxanov (100 kq) isə turnirin gümüş medalına sahib olublar.
Cüdoçularımız yarışda medal əyarına görə, ümumi hesabda 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.
Namiq HUN
tag: Çexiya, Cüdo,Rəşad Yelkiyev ,Azərbaycan ,Avropa ,Qızıl Medal, Gümüş Medal ,todaypress.az,