Cüdoçular Rusiyada 4 medal qazandılar
İdman
30.06.2024 16:51
Rusiyada keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında cüdoçularımız uğurlu çıxış ediblər.
TodayPress xəbər verir ki, təmsilçilərimiz Yakutsk turnirində 3 gümüş və 1 bürünc medal qazanıb.
Anar Quliyev (46 kq), Məhəmməd Rüstəmli (50 kq) və İlkin Qarayev (55 kq) yalnız final görüşündə uduzaraq fəxrü kürsünün 2-ci pilləsinə yüksəlib. Günəş Hüseynovanın (40 kq) isə İdman Oyunlarından qazancı bürünc medal olub.
Namiq HUN
tag: Asiya uşaqları, Beynəlxalq İdman Oyunları, Güləş, İdman, todaypress.az,