Cüdoçular Qran Pridə üç mükafat qazandılar
İdman
16.09.2024 15:18
Azərbaycanın cüdo üzrə yığma komandası Zaqrebdə keçirilən Qran Pri turnirinin yekununa əсасən, 12-ci yeri tutub.
TodayPress xəbər verir ki, turnirdə 1 gümüş və 2 bürünc medal qazanan komandamız 21 ölkə arasında bu göstəriciyə nail olub.
Cüdoçularımızdan Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medallara sahib çıxıblar.
Millimiz İtaliya, İspaniya, Gürcüstan, Avstriya, Kanada, Almaniya və Cənubi Koreyan kimi ölkələri üstələyib.
Qeyd edək ki, Yaponiya (4-0-1) Zaqreb Qran Prisinin qalibi olub. Fransa (2-1-5) ikinci, Qazaxıstan (2-1-0) isə üçüncü yeri tutub.
Namiq HUN
tag: Cüdo, Qran-Pri, Avstriya, Kanada ,Almaniya ,Qazaxıstan, todaypress.az,