Cüdoçular mundialın daha 1 qızıl və 1 bürünc medalını qazandılar

İdman

31.08.2024 09:08

Peruda yeniyetmə cüdoçular arasında dünya çempionatı davam edir.

TodayPress xəbər verir ki, Azərbaycan millisinin tatamiyə çıxan üç cüdosundan ikisi medal qazanıb. 

Cəsur İbadlı (73 kq) finala qədər Peru, ABŞ, Çexiya, Özbəkistan və Fransa cüdoçularını mübarizədən kənarlaşdırıb. İbadlı həlledici görüşdə Timur Davidova (AİN) qalib gələrək dünya çempionu tituluna sahib çıxıb.

Mehdi Abbasov (81 kq) isə komanda yoldaşından fərqli olaraq 1/8 finalda İlya Simonova (AİN) uduzub. Onun rəqibi finala yüksəldiyindən Mehdi təsəlliverici görüşə qatılıb. Bu mərhələdə Litva cüdoçusuna qalib gələn Abbasov bürünc görüşünə çıxıb. O, Belçika cüdoçusunu da məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb. 

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (55 kq) dünya çempionatının qızıl, Məhəmmədəli Hüsiyev (50 kq) isə bürünc medalını qazanıb.

Namiq HUN

tag: Peru, Azərbaycan, Mehdi Abbasov, Çexiya, ABŞ, Cəsur İbadlı ,todaypress.az,