Cüdoçular mundialın 1 qızıl və 1 bürünc medalını qazandılar
İdman
29.08.2024 09:31
Peruda yeniyetmə cüdoçuların dünya çempionatı keçirilir.
TodayPress xəbər verir ki, Lima turnirinin ilk yarış günü 3 cüdoçumuz tatamiyə çıxıb.
Nihad Məmişov (55 kq) yarımfinal mərhələsinə qədər Kanada, Polşa və Macarıstandan olan rəqiblərinə qalib gəlib. O, finala vəsiqə uğrunda Ukraynanı təmsil edən azərbaycanlı Xəzər Heydərova qalib gəlib. Həlledici görüşdə isə Nihad monqolustanlı Bat-Enerel Batbilegi məğlub edərək dünya çempionatının qızıl medalını qazanıb.
Məhəmmədəli Hüsiyev (50 kq) də yarımfinala qədər maneəsiz irəliləyib. O, yalnız finala aparan yolda rəqibinə uduzub. Hüsiyev bürünc medal uğrunda görüşdə Braziliyadan olan Karlos Filyoya qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Namiq HUN
tag: Cüdo, Ukrayna, Bat-Enerel, Macarıstan,Peru, todaypress.az,