Cüdoçular ilk rübdə 27 medal qazandılar
Azərbaycan cüdoçuları 2025-ci ilin ilk üç ayı ərzində beynəlxalq turnirlərdə 27 medla qazanıblar.
TodayPress "Judobase" portalına istinadən xəbər verir ki, idmançılarımız böyüklər, gənclər, kadetlər və veteranların yarışlarında mövsümün ilk üç ayında 5 qızıl, 6 gümüş və 16 bürünc medal qazanıblar.
“Böyük Dəbilqə” turnirləri çərçivəsində Ruslan Paşayev (66 kq) Parisdə, Zelim Tçkayev (81 kq) isə ardıcıl üçüncü dəfə Bakıda çempion olub.
Gənclər arasında Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa kubokunda Aysun Məmmədova (52 kq), Slovakiyanın Şamorin şəhərində təşkil edilən analoji turnirdə isə Məhəmmədəli Hüsiyev (55 kq) və Zeid Ələsgərov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan hazırda ümumi medal sıralamasında 21-ci yerdə qərarlaşıb.
Birinci pilləni hesabında 39 qızıl, 19 gümüş və 41 bürünc medal olan Fransa nəzarətdə saxlayır.
Sıralamanın liderini aktivində 38 qızıl, 36 gümüş və 28 bürünc medal olan Gürcüstan cüdoçuları gözdən qaçırmamağa çalışır.
Namiq HUN
tag: Cüdo,Çempionat,Zelim Tçkayev,Medal,Todaypress.az,