Cüdoçular gümüş və bürünc medal qazandılar

İdman

07.09.2024 17:24

Estoniyada cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

TodayPress xəbər verir ki, Tallinn turnirinin növbəti yarış günü Azərbaycanın 2 cüdoçusu fəxri kürsüyə yüksəlib. 

Oğlanların yarışında Aslan Kotsoev (90 kq) finalda Milyan Radulja (Serbiya) uduzaraq qitə çempionatının gümüş medalı ilə kifayətlənib.

Tuncay Şamil (90 kq) isə italiyalı Henry Ovusunu məğlub edərək bürünc medala sahib olub.

Qeyd edək ki, daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

Namiq HUN

tag: Estoniya ,Avropa ,Çempionat ,Aslan Kotsoev ,Milyan Radulja ,Tuncay Şamil, Cüdo ,todaypress.az,