Cüdoçular “Böyük Dəbilqə” turnirində 3 medal qazandı

İdman

03.02.2025 09:24

Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində cüdoçularımız 1 qızıl və 2 bürünc medal qazanıb.   

TodayPress xəbər verir ki, turnir son günündə Ömər Rəcəbli (81 kq) turnirin bürünc medalına sahib çıxıb.   

Üçüncü yer uğrunda Yaponiya cüdoçusu Yoşito Hojo zədə səbəbindən görüşə çıxmadığı üçün qələbə Rəcəbliyə verilib. 

Qeyd edək ki, “Böyük Dəbilqə” turnirinin ilk günü Ruslan Paşayev (66 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medal qazanıb. 

Yarışda 10 cüdoçu ilə təmsil olunan Azərbaycan medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yeri tutub.   

Namiq HUN

tag: Cüdo,İdman,Yaponiya,Medal,Todaypress.az,