Cüdoçular Avropa Kubokunda 5 medal qazandılar
Türkiyədə yeniyetmə cüdoçuların Avropa Kuboku turniri keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan yığma komandası Antalya turnirini 5 medalla tamamlayıb.
Yarışın son günündə cüdoçularımız 1 gümüş və 1 bürünc medal qazanıblar.
Oğlanlar turnirində Ayxan Həsənli (73 kq) yalnız final görüşündə rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.
Səid Hüseynov (90 kq) isə öz çəkisində üçüncü olaraq turnirin bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, ilk yarış günündə milli üzvlərindən Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanıb.
Avropa Kubokunu 5 medalla başa vuran millimiz ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.
Namiq HUN
tag: Kubok,Cüdo ,Milli ,Antalya ,Medal,Todaypress.az,