Cüdoçular Açıq Asiya turnirində 4 medal qazandı
İdman
14.10.2024 09:49
Qazaxıstanda təşkil olunan cüdo üzrə Açıq Asiya turnirinə də yekun vurulub.
TodayPress xəbər verir ki, Azərbaycan cüdoçuları Aktau turnirində 1 qızıl və 3 bürünc medal qazanıblar.
Yarışın son günündə cüdoçularımız 3 dəfə fəxri kürsüyə qalxıblar. Elcan Şəfiyev (81 kq), Camal Feyziyev və Eldar Əliyev (hər ikis +100 kq) turnirin bürünc medalları ilə kifayətləniblər.
Daha əvvəl isə Murad Murdalı (60 kq) yarışın qızıl medalını komandamıza qazandırıb.
Qeyd edək ki, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda və kişilər arasında 3-cü yeri tutublar.
Namiq HUN
tag: Cüdo ,Yarış ,Qazaxıstan, Camal Feyziyev ,Eldar Əliyev ,todaypress.az,