Cüdoçular 2 qızıl və 1 gümüş medal qazandılar

İdman

05.09.2024 20:11

Estoniyada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

 

TodayPress xəbər verir ki, ilk yarış günü 6 cüdoçumuz tatamiyə çıxıb.

 

Oğlanların yarışında 1, qızlarda isə 2 cüdoçumuz Tallinn turnirinin finalına vəsiqə qazanıb.

 

Qızların yarışında Könül Əliyeva (48 kq) qızıl medal uğrunda görüşdə Zilan Ertemə (Türkiyə) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

57 kq çəki dərəcəsində yarışan Fidan Əlizadənin isə həlledici görüşdə rəqibi gürcüstanlı Nino Loladze olub. Cüdoçumuz rəqibini məğlub edərək Avropa çempionu titulunu qazanıb.

 

Oğlanların turnirində Nizami İmranov (60 kq) Avropa çempionatının qalibi adı uğrunda finalda Nazar Viskovla (Ukrayna) qarşılaşıb. İmranov Viskova uduzaraq gümüş medalla kifayətlənib.


Namiq HUN

tag: Cüdo,Könül Əliyeva,Estoniya,Avropa,todaypress.az,