Cüdoçu qızların Almaniya sınağı
Yeniyetmə və gənc cüdoçular Almaniyanın Bad-Blankenburq şəhərinə toplaşıblar.
TodayPress xəbər verir ki, cüdoçu qızlardan ibarət millimiz Türingiya Kuboku turnirində 6 çəki dərəsi üzrə 8 cüdoçu ilə təmsil olunacaq.
Yarışda Fəridə Mirzəyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Xədicə Qədəşova, Gülnarə Bayramova (hər ikisi 57 kq), Nilgün Rzayeva, Leyla Atayeva (hər ikisi 63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaqlar.
Bad-Blankenburq turniri martın 22-də start götürəcək.
Namiq HUN
tag: Cüdo ,Azərbaycan ,todaypress.az,Milli,Türingiya Kuboku,