Cüdoçu Hidayət Heydərov liderlər arasında
İdman
20.08.2024 16:15
Bu mövsüm ən çox qızıl medal qazanan cüdoçular məlum olub.
TodayPress xəbər verir ki, liderlər arasında Olimpiya çempionu Hidayət Heydərov (73 kq) da var.
Azərbaycan milli komandasının üzvü bu il 4 dəfə fərqlənib. Hidayət əvvəlcə Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub. Daha sonra o, Avropa və dünya çempionu titullarını qazanıb. Heydərov Paris Olimpiadasında da qızıl medalı boynundan asıb.
Rekord isə əfsanəvi Teddi Rinerə məxsusdur. Fransalı ikisi Olimpiadada olmaqla 6 qızıl medala sahib olub.
İl ərzində qazanılmış qızıl medal sayına görə rəqiblərini üstələyən cüdoçular arasına Barbara Matiç (Xorvatiya) və Krista Dequçi (Kanada) kimi tanınmış cüdoçular da adlarını yazdırıblar.
Namiq HUN
tag: Hidayət Heydərov , Cüdo, Avropa, Bakı, Fransa, todaypress.az,