Cüdo üzrə Azərbaycan millisi 16 il sonra Olimpiya qızılı qazandı
İdman
29.07.2024 21:25
Cüdo üzrə Azərbaycan millisi
16 ildən sonra Olimpiadada qızıl medal qazanıb.
TodayPress xəbər verir
ki, bu uğura "Paris-2024" Yay Olimpiya Oyunlarında Hidayət Heydərov
imza atıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Fransa paytaxtında fəxri
kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan Himnini səsləndirib.
Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli 2008-ci il Pekin Olimpiadasında eyni çəki dərəcəsində qızıl medal əldə edib.
tag: Paris-2024, Hidayət Heydərov,Elnur Məmmədli, Fransa, todaypress.az,