Cüdo millisinin Polşa sınağı
İdman
13.11.2024 14:30
Gənc cüdoçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında iştirak etmək üçün Polşaya yollanıb.
TodayPress xəbər verir ki, noyabrın 15-17-də Pila şəhərində keçiriləcək yarışda ölkəmizi 15 cüdoçu təmsil edəcək.
Millinin heyətində Hüseyn Allahyarov (60 kq), Murad Muradlı (66 kq), Abil Yusubov, Rüfət Şövlətov (hər ikisi 73 kq), Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Aslan Kotsoyev (90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq), Fəridə Mirzəyeva (48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Nərmin Əmirli (78 kq) kimi perspektivli cüdoçular yer alıblar.
Namiq HUN
tag: Azərbaycan, Milli, Avropa, Çempionat, Cüdo, todaypress.az,