Cüdo millisinin heyəti açıqlandı
İdman
05.11.2024 15:50
ABŞ-də cüdo üzrə dünya kata çempionatı keçiriləcək.
TodayPress xəbər verir ki, noyabrın 9-10-da Las-Veqasda baş tutacaq yarışda Azərbaycan cüdoçuları da iştirak edəcək.
Mundialda ölkəmizi 6 cüdoçu təmsil edəcək. Cüdoçularımız yarışda “Nage-no-Kata” və “Katame-no-Kata” növləri üzrə fəndləri nümayiş etdirəcək.
Milli üzvlərindən Malik Alahverdiyev, Samir İsmayılov, İsmayıl Rzayev, İbrahim Aslanov, Rafiq Nəcəfov və Əmrah Əhmədov dünya çempionatının mükafatları uğrunda mübarizə aparacaqlar.
Namiq HUN
tag: ABŞ, Cüdo, Dünya,Malik Alahverdiyev, Samir İsmayılov, todaypress.az,