Cüdo millisinin Gimnaziada uğuru

İdman

26.10.2024 09:34

Azərbaycanın daha 4 cüdoçusu Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında medal qazanıb.

TodayPress xəbər verir ki, cüdoçu qızların yarışında Gülgəz Musayeva (48 kq), oğlanlarda isə Zeyd Ələsgərov (60 kq), Əli Hümbətov (66 kq) və Fəxri Sahibzadə (66 kq) Gimnaziadanın bürünc medallarına sahib çıxıblar. 

Daha əvvəl cüdoçu Məhəmməd Rüstəmli (50 kq) İdman Oyunlarının qızıl, Anar Quliyev (50 kq) gümüş, Rüstəm Qasımzadə (55 kq) isə bürünc mükafatını komandamıza qazandırıblar. 

Qeyd edək ki, Azərbaycan Gimnaziada İdman Oyunlarında qızlar və oğlanlar arasında 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur. 

Namiq HUN

tag: Bəhreyn,Cüdo ,Azərbaycan, Dünya Turu ,todaypress.az,