Cüdo millisinin 3 üzvü 1 pillə gerilədi
Beynəlxalq Cüdo Federasiyası (IJF) Tokioda keçirilən “Böyük Dəbilqə” turnirindən sonra dünya reytinqini yeniləyib.
TodayPress xəbər verir ki, azərbaycanlı cüdoçulardan bəzilərinin mövqeyində dəyişiklik olub.
Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) sıralama cədvəlinə inamla başçılıq edirlər.
Bir pillə geriləyən Zelim Tçkayev (81 kq) səkkizincidir. Eynilə bir pillə geri düşən Elcan Hacıyev (90 kq) də 8-ci pillədə qərar tutub. Murad Fətiyev (90 kq) isə öz çəkisində 13-cüdür.
Digər cüdoçularda yerdəyişmə olmayıb. Balabəy Ağayev (60 kq) səkkizinci, Uşanqi Kokauri (+100 kq) isə onuncu yerdə qalıb.
Qadınlarda isə 24-cü yerdə olan Leyla Əliyeva (48 kq) ən yaxşı göstəriciyə malikdir.
Namiq HUN
tag: Cüdo,Dəbilqə, Zelim Kotsayev, Beynəlxalq, todaypress.az,