Cüdo millisinin 1 qızıl və 2 bürünc şansı - Yeniləndi
İdman
01.02.2025 18:32
Parisdə cüdo üzrə “Böyük Dəbilqə”yə turniri davam edir.
TodayPress xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 cüdoçusu mübarizəyə qoşulub.
Ruslan Paşayev (66 kq) startda Çannyeonq Kimi (Cənubi Koreya), ardınca Murad Çopanovu (İJF) məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz finala gedən yolda Valid Xyarla (Fransa) dueldən də qalib ayrılıb. O, finalda digər fransalı Daikii Bouba ilə yarışacaq.
Rəşid Yelkiyev (66 kq) Yusuf Nurkoviçlə (Monteneqro) güləşməli olsa da, rəqib yarışdan çəkilib. Mərhələ adlayan Yelkiyev 1/8 finalda Xerlen Qanboldın (Monqolustan) üzərində qələbə qazanıb. Lakin o, 1/4 finalda Vaja Marqvelaşviliyə (Gürcüstan) uduzub. Yekiyev təsəlliverici görüşdə Taiko Fudzisakanı (Yaponiya) məğlub edib. O, bürünc medal uğrunda Ruslan Paşayevin qalib gəldiyi Valid Xyarla (Fransa) qarşılaşacaq.
Rəşid Məmmədəliyev (73 kq) ilk qarşılaşmasında Valtteri Olini (Finlandiya) mübarizədən kənarlaşdıb. O, 1/8 finalda Mixeil Baxbaxaşvilidən (Gürcüstan) də güclü olub. Cüdoçumuz 1/4 finalda Akil Qyakovaya (Kosovo) uduzub. Məmmədəliyev təsəlliverici görüşdə Orlando Kasorlodan (Fransa) güclü olub. O, bürünc medal uğrunda Otari Kvantidze (Portuqaliya) ilə qarşılaşacaq.
Namiq HUN
***
17:06
Fransada cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir.
TodayPress xəbər verir ki, Fransa turnirinin ilk günündə Azərbaycan millisinin 6 cüdoçusu mübarizəyə qoşulub.
Ruslan Paşayev (66 kq) ilk görüşündə Çannyeonq Kimi (Cənubi Koreya), ardınca isə Murad Çopanovu (IJF) məğlub edərək yarımfinala yüksəlib. Cüdoçumuz finala vəsiqə uğrunda Valid Xyarla (Fransa) yarışacaq.
Rəşid Yelkiyev (66 kq) Yusuf Nurkoviçlə (Monteneqro) güləşməli olsa da, rəqib yarışdan çəkilib. Mərhələ adlayan Yelkiyev 1/8 finalda Xerlen Qanboldına (Monqolustan) qalib gəlib. Lakin o, 1/4 finalda Vaja Marqvelaşviliyə (Gürcüstan) uduzub.
Yekiyev təsəlliverici görüşdə Taiko Fudzisaka (Yaponiya) ilə qarşılaşacaq. Rəşid Məmmədəliyev (73 kq) ilk qarşılaşmasında Valtteri Olini (Finlandiya) mübarizədən kənarlaşdıb. O, 1/8 finalda Mixeil Baxbaxaşvilidən (Gürcüstan) də güclü olub.Cüdoçumuz 1/4 finalda Akil Qyakovaya (Kosovo) uduzub. Məmmədəliyev təsəlliverici görüşdə mübarizəni davam etdirəcək.
Milli üzvlərindən Əhməd Yusifov, Hüseyn Allahyarov və Vüsal Qələndərzadə yarışla erkən vidalaşıb.
Qeyd edək ki, yığmamız turnirə 10 cüdoçu ilə yollanıb.
"Böyük Dəbilqə"yə sabah yekun vurulacaq.
Namiq HUN
tag: Böuük Dəbilqə,Final,Vaja,Taiko,Əhməd Yusifov,Fransa,Todaypress.az,