Cüdo millisi İJF-in hesabatında
İdman
03.08.2024 17:50
Beynəlxalq Cüdo Federasiyası (İJF) Paris Olimpiadasında fərdi yarışların nəticələrini açıqlayıb.
TodayPress xəbər verir ki, hesabatda multiidman oyunlarında 122 ölkədən olan cüdoçuların iştirakı vurğulanıb.
14 Olimpiya titulu 11 ölkə arasında bölünüb. Azərbaycan komandası Yaponiyadan sonra ikincidir. Millimiz Fransa, Gürcüstan, Braziliya, Özbəkistan, Qazaxıstan, İtaliya, Xorvatiya, Kanada, Fransa və Sloveniya cüdoçularını üstələyib.
Təkcə Yaponiya iki çempionluğu olan Azərbaycanı qabaqlayaraq, ümumi hesabda üç qızıl medalla birinci yerə çıxıb.
Qeyd edək ki, Parisdə Azərbaycan komandasının heyətində Olimpiya çempionu adını Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazanıb.
Namiq HUN
tag: Paris, Azərbaycan, Yaponiya, Komanda, Hidayət Heydərov, todaypress.az,