Cüdo millisi Dünya Turunun ilk 14-lüyündə

İdman

18.09.2024 15:50

Zaqreb cüdo Qran-Prisindən sonra ölkələrin il ərzində reytinq turnirlərindəki çıxışlarının statistikası açıqlanıb.

TodayPress xəbər verir ki, Azərbaycan cüdo üzrə Dünya Turunda 14-cü yerdədir. 

İlin əvvəlindən cüdoçularımız "Böyük dəbilqə" və "Masters" turnirlərinin də daxil olduğu Dünya Turu yarışlarında 3 qızıl, 11 gümüş və 14 bürünc medal qazanıblar.

Azərbaycan cədvəldə Braziliya, Türkiyə, Cənubi Koreya, Macarıstan və bir çox başqa ölkələri qabaqlayır.

Dünya Turunun lideri Yaponiyadır (21-9-25). İlk üçlüyü Fransa (17-12-17) və neytral idmançılar (14-9-20) tamamlayır.

Namiq HUN

tag: Cüdo ,Azərbaycan, Dünya Turu ,Böyük Dəbilqə ,Masters ,Bürünc Medal ,todaypress.az,