Cüdo millisi “Böyük Dəbilqə”yə 2 bürünc medalla başladı
Cüdo üzrə "Böyük Dəbilqə" turnirində ilk mükafatçıların adına aydınlıq gəlib.
TodayPress xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları 5 çəki dərəcəsindən 2-də Bakı turnirinin bürünc medallarına iddia ediblər.
Əhməd Yusifov (60 kq) üçüncü yer uğrunda görüşdə ukraynalı Dilşot Xalmatovu sınağa çəkib. Yusifov qələbə sayəsində millimizə turnirin bürünc medalını qazandırıb.
Bu, komandamızın “Böyük Dəbilqə” turnirində ilk mükafatı olub.
Elşən Əsədov (66 kq) yarışa Zamoxşari Bekmurodov (Özbəkistan) üzərində qələbə ilə başlayıb. O, ardınca Straniya Bunçiçi (Serbiya) və David Qarsiyanı (İspaniya) məğlub edərək yarınfinala yüksəlib. Əsədov finala aparan yolda büdrəyib.
Təmsilçimiz Takeşi Takeokaya (Yaponiya) uduzub. Elşən Əsədov bürünc medal uğrunda görüşdə Azizbek Ortikova (Özbəkistan) qalib gələrək millimizə turnirin ikinci bürünc medalını qazandırıb.
Namiq HUN
tag: Böyük Dəbilqə,Əhməd Yusifov,Cüdo,Elşən Əsədov,Todaypress.az,