Cüdo millisi Belçikada ikinci oldu
İdman
27.01.2025 15:35
Azərbaycanın kişilərdən ibarət cüdo millisi Belçikada keçirilən beynəlxalq turnirdə medal əyarına görə ikinci yeri tutub.
TodayPress Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, millimiz Vise turnirini 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Turnirin ikinci günündə Elşən Əsədov (66 kq) qızıl, Məhərrəm İmamverdiyev (81 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl Murad Muradlı (60 kq) qızıl, Qadir Hüseynovla (73 kq) İmran Yusifov (+100 kq) gümüş, İbrahim Əliyev (73 kq) isə bürünc mükafat əldə edib. Qadınların turnirində isə Şəfəq Həmidova (48 kq) gümüş medal qazanıb.
Namiq HUN
tag: Azərbaycan,Belçika,Cüdo millisi,Turnir,todaypress.az,