Cüdo millisi Avropa kubokunu qazandı

İdman

17.06.2024 10:58

Cüdo üzrə Azərbaycan yığma komandası Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa Kuboku  turnirinin qalibi olub. 

TodayPress  xəbər verir ki, milli komanda yarışın 4 qızıl, 1 gümüş və 3 bürünc medalını qazanıb. 

Nazir Talıbov (66 kq), Nəriman Mirzəyev (73 kq), Məhərrəm İmamverdiyev (81 kq) və İmran Yusifov (+100 kq) Avropa Kubokunun qızıl medallarına sahib çıxıblar. Kamran Süleymanov (73 kq) gümüş medalla kifayətlənib. Rövşən Əliyev (66 kq), Rəşad Yelkiyev (66 kq) və Camal Feyziyev (+100 kq) isə turnirin bürünc medallarına layiq görülüb.

Azərbaycan komandasının medal sıralamasında birinci olduğu Avropa kuboku turnirini Macarıstan (2-2-6) ikinci, Almaniya isə (2-2-3) isə üçüncü yerdə bitirib. 

Namiq HUN

tag: Azərbaycan, Cüdo, Avropa Kuboku, Qızıl Medal,Gümüş Medal, todaypress.az,