Cüdo millimizin Yunanıstan uğuru
Yeniyetmə cüdoçuların Yunanıstanda keçirilən Avropa Kuboku turniri başa çatıb.
TodayPress xəbər verir ki, Azərbaycan yığma komandası Saloniki turnirində uğurlu çıxışla yadda qalıb.
Cüdo millimiz Avropa Kuboku turnirində 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.
Nəticədə Azərbaycan medal əyarına görə ümumi hesabda 2-ci, oğlanlar arasında isə 1-ci yeri tutub.
Qeyd edək ki, Avropa Kubokunun qızıl medallarını komandamıza Zeyd Ələsgərov (60 kq) və Sübhan Axundov (+90 kq) qazandırıb.
Yalnız finalda uduzan Fəxri Sahibzadə (66 kq) gümüş medal kifayətlənib.
Anar Quliyev (50 kq), Rüstəm Qasımzadə (55 kq), Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq) və Tunar Fərzəliyev (+90 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Namiq HUN
tag: Cüdo, Yunanıstan, Azərbaycan, Milli, todaypress.az,