Cüdo millimizdən uğurlu start
İdman
21.06.2024 23:25
Cüdo millimiz Tatarıstanda keçirilən "BRICS Sports Games Kazan 2024" oyunlarında uğurlu start götürüb.
TodayPress xəbər verir ki, beynəlxalq multi-idman oyunlarının ilk günündə cüdoçular 3 medal qazanıb. Hər üç medalın əyarı bürüncdür.
Qadınların mübarizəsində Südabə Ağayeva (70 kq) 3-cü yeri tutub.
Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (70 kq) isə yarışı 5-ci pillədə tamamlayıblar.
Kişilərin turnirində Hüseyn Allahyarov (60 kq) və Rəşad Yelkiyev (66 kq) fəxri kürsünün 3-cü pilləsində yer alıblar.
Nəriman Mirzəyev (73 kq) oyunları 5-ci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan idmançıları beynəlxalq multi-idman oyunlarında ümumilikdə 24 medal qazanıb.
Komandamızın hesabında 6 qızıl, 5 gümüş və 13 bürünc medal var.
Namiq HUN
tag: Tatarıstan, Cüdo, BRICS, Multi-İdman oyunları, todaypress.az,