Çövkən yarışlarının gələn ilki ünvanı Şuşa və Xankəndi olacaq - FOTO

İdman

02.11.2024 15:30

"Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcək".

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, artıq bununla bağlı Gənclər və İdman Nazirliyi ilə bir sıra danışıqlar aparılıb. Federasiya rəsmisinin sözlərinə görə, bu yarışlar 2025-ci ildə Şuşa və Xankəndi ərazilərində reallaşacaq.

B.Nəbiyev start götürən yorğa atların çempionatından da söz açıb. Bildirib ki, 3-cü dəfə təşkil olunan yarışın ənənəvi olması üçün federasiya yüksək səviyyədə çalışır. Qeyd edib ki, ARAF müasir atçılıq idman növləri ilə yanaşı, Azərbaycanın qədim atüstü oyunlarına da böyük diqqət ayırır: 

“Bu, Azərbaycanın qədim idman növlərindən biri hesab olunur. Bu yarışlar vasitəsilə Azərbaycanda milli atçılığın inkişafına öz töhfəmizi verməyə çalışırıq".

Federasiyanın vitse-prezidenti Azərbaycanın yorğa atlarının beynəlxalq yarışlarda iştirakının nəzərdə tutulduğunu söyləyib: 

"Türkiyədə keçiriləcək turnirə dəvət almışıq. Müəyyən planlarımız var və bununla bağlı işlər görməyə davam edirik. Yalnız ölkə daxilindəki çempionatlarda deyil, beynəlxalq turnirlərdə də layiqincə mübarizə aparmağa çalışırıq".

Töhfə Səməd

tag: Qarabağ, Çövkən, Yarış,Türkiyə,Azərbaycan, todaypress.az,

photo
photo
photo