Coşua: “Taysonun boksa qayıtmasına təəccüblənmirəm”

İdman

09.11.2024 15:00

Britaniyalı boksçu Entoni Oluvafemi Olaseni Coşua əfsanəvi amerikalı Mayk Taysona qarşı mümkün döyüşü şərh edib.

TodayPress xəbər verir ki, ağır çəkidə Olimpiya və IBF, WBA, WBO, IBO üzrə dünya çempionu olan peşəkar boksçu bunun mümkün olmayacağını bildirib:

“Mən Taysona hörmət edirəm, ona görə də onunla heç vaxt rinqə çıxmayacağam. Əgər onunla döyüşsəm, mənə nifrət edəcəklər. O, əfsanədir.

Mayk müasir dövrün ən yaxşı boksçusudur. Dünya yalnız iki çempionu tanıyır - Mayk Tayson və Məhəmməd Əli. Boksçular haqqında danışarkən ən çox tanınan iki idmançı bunlardır. 

Onun boksa qayıtmasına təəccüblənmirəm. Taysonun məşqə cəmi 15 saniyə sərf etməsi lazımdır. Bütün dünyanın ona heyran olması normaldır”

Əfsanəvi amerikalı boksçu Mayk Tayson və amerikalı aktyor, videobloqer, peşəkar boksçu Cek Pol arasında döyüş noyabrın 9-dan 10-na keçən gecə keçiriləcək. Döyüş rəsmi status alıb və onun nəticəsi hər bir boksçunun statistikasında qeyd olunacaq.


Namiq HUN

tag: Mayk Tayson, IBF, WBA, WBO, IBO,Coşua, Boks,İdman, todaypress.az,