Coşua Dürksen “Formula 2”də sprint yarışının qalibi oldu

İdman

14.09.2024 15:40

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi məlum olub.

TodayPress xəbər verir ki, "AIX Racing" komandasından Coşua Dürksen bütün rəqiblərini qabaqlayıb.

"Dams Lucas Oil"dən Jak Kravford ikinci, "Preme Racing"dən Qabriele Mini isə üçüncü yeri tutub.

Xatırladaq ki, "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor birinci olublar.

Namiq HUN

tag: Formula 2, Azərbaycan, Qran-Pri ,Coşua Dürksen, Dams Lucas Oil ,todaypress.az,