Cordan korrupsiyaya görə saxlanıldı

İdman

14.11.2024 10:26

Cənubi Afrika Futbol Assosiasiyasının rəhbəri Denni Cordan korrupsiyada şübhəli bilinərək həbs edilib.

TodayPress xəbər verir ki, yerli SABC radiostansiyası məlumat yayıb.

73 yaşlı Cordan maliyyə cinayətləri və 72 min dollar məbləğində dələduzluqda ittiham olunub.

Xüsusi epizodlara onun öz təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik şirkəti, həmçinin federasiyanın direktorlar şurasından yan keçərək ictimaiyyətlə əlaqələr şirkəti ilə müqavilə bağlaması daxildir.

Namiq HUN

tag: Cənubi Afrika, Cordan, Dələduzluq, Futbol Assosiasiyası,todaypress.az,