Consa titul döyüşündə rəqib tapılmır
İdman
18.11.2024 10:37
UFC çempionu Con Cons rekordunu yeniləyib.
TodayPress xəbər verir ki, o, Nyu-Yorkda keçirilən UFC 309 turnirində Stipe Mioçiçə nokautla qalib gəlməklə öz göstəricisini yeniləyib.
Mioçiç üzərində qələbə Cons üçün titul uğrunda mübarizədə 16-cı olub. O, öz nəticəsini yaxşılaşdırıb.
Reytinqdə ikinci yeri kanadalı Corc Sen-Pyer tutur. Onun titul döyüşlərində 13 qələbəsi var.
Qeyd edək ki, 2008-ci ildən peşəkar döyüşlərə qatılan Con Cons 27 qələbə qazanıb və 1 məğlubiyyət alıb. Onun bir döyüşü isə etibarsız sayılıb.
Namiq HUN
tag: UFC,Con Cons, Nyu-York,Reytinq, Mioçiç, todaypress.az,