Cokoviçin “Böyük Dəbilqə” rekordu

İdman

04.06.2024 10:23

Dünya tennisinin lideri Novak Cokoviç “Böyük Dəbilqə” seriyalı “Rolan Qarros” turnirində uğurlu çıxışını davam etdirir.

TodayPress xəbər verir ki, növbəti yarış günü turnirin 24 qat qalibinə düşərli olub. 5 setdə Fransisko Serundolonu (Argentina) məğlub edən serbiyalı tennisçi karyerasında “Böyük Dəbilqə” yarışlarında 370-ci qələbəsini qazanıb. Cokoviç bu nəticə ilə rekord müəyyən edib. O, bu göstərici ilə isveçrəli həmkarı Roje Federeri (369) üstələyib. Qadın tennisçilər arasında 23 dəfə analoji yarışın qalibi olan Serena Uilyams (367) siyahıda üçüncüdür.

Qeyd edək ki, Cokoviç 2023-cü ildə “Rolan Qarros” turnirinin qalibi olub. Hazırda Novak Cokoviçi növbəti tituldan 3 uğurlu çıxış ayırır.  Bunun üçün o, ilk növbədə 1/4 finalda ötən il həlledici görüşdə məğlub etdiyi Kasper Ruudlanı (Danimarka) mübarizədən kənarlaşdırmalıdır.

Namiq HUN

tag: Cokoviç, Böyük Dəbilqə, Rolan Qarros, Kasper Ruudlan, todaypress.az,