Cokoviç US Open turniri ilə erkən vidalaşdı
İdman
31.08.2024 11:02
Serbiyalı tennisçi Novak Cokoviç US Open turnirinin 3-cü mərhələsində sensasiyalı şəkildə məğlub olub.
TodayPress xəbər verir ki, reytinq siyahısının ikincisi “Böyük Dəbilqə” turnirində avstraliyalı Aleksey Popırinə uduzub.
Bu, onun US Open turnirinin 3-cü mərhələsində son 18 ildə ilk məğlubiyyəti olub.
3 saat 20 dəqiqə davam edən görüşdə Cokoviç rəqibinə 1:3 (4:6, 4:6, 6:2, 4:6) hesabı ilə uduzub.
Qeyd edək ki, Cokoviç 24 qələbə ilə kişilər arasında “Böyük Dəbilqə” yarışlarında ən çox qələbə qazanan tennisçidir. O, ATP seriyalı turnirlədə 99 dəfə qalib gəlib. Novak bunlardan 98-ni fərdi yarışlarda qazanıb.
Namiq HUN
tag: Novak Cokoviç ,Böyük Dəbilqə, ATP,Məğlubiyyət, Serbiya, todaypress.az,