Cokoviç US Open tarixinə düşdü
İdman
27.08.2024 15:30
Serbiyalı tennisçi Novak Cokovic US Open-də Rocer Federerlə bərabərləşib.
TodayPress xəbər verir ki, “Böyük Dəbilqə” seriyalı turnirlərin 24 qat qalibi və dünyanın ikinci nömrəsi olan tennisçi bu göstəriciyə ümumi qələbə sayında nail olub.
Açıq ABŞ çempionatında 89-cu “Böyük Dəbilqə” qələbəsini qazanan Cokoviç dünya tennisinin keçmiş lideri olan isveçrəli Rocer Federerə çatıb.
Hazırda Novak yalnız aktivində 98 qələbəsi olan amerikalı tennisçi Cimmi Konnorsudan geri qalır.
Qeyd edək ki, Açıq ABŞ çempionatının qalibi sentyabrın 8-də məlum olacaq.
Kişi tennisçilər arasında hazırkı çempion Novak Cokoviçdir.
Namiq HUN
tag: ABŞ, Çempionat, Cimmi Konnors,Rocer Federer, Tennis, todaypress.az,