Cokoviç titulunu qoruya bilməyəcək
İdman
22.10.2024 10:00
Novak Cokoviç Paris Masters tennis turnirindən imtina edib.
TodayPress xəbər verir ki, serbiyalı tennisçi mövsümün son yarışından kənarda qalacaq.
Xatırladaq ki, “Böyük Dəbilqə” yarışlarının 24 qat qalibi ötən il Paris Mastersin qalibi olub.
Qeyd edək ki, Novak Cokoviçin mövsümün qalan hissəsində keçiriləcək Devis kubokunun finalı və ilin yekun turnirində də iştirak etməyəcəyi bildirilib.
Namiq HUN
tag: Novak Cokoviç, Paris, Serbiya, Tennis, Yarış, todaypress.az,