Cokoviç qazancda həmkarlarını üstələdi

İdman

04.12.2024 10:55

“Forbes” dünyanın ən çox gəlir əldə edən tennisçilərinin siyahısını tərtib edib.

TodayPress xəbər verir ki, ilk pillədə Novak Cokoviç yer alıb.

24 dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi olan serbiyalı tennisçinin qazancı 211 milyon 397 min 612 dollar göstərilib.

İlk üçlüyü isveçrəli Rocer Federer (171 milyon 785 min 513 dollar) və ispaniyalı Rafael Nadal (162 milyon 526 min 751 dollar) təşkil edir. 

Qeyd edək ki, tennisçilərin hər mövsüm üçün qazancları 2024-cü ilə əsasən, inflyasiya nəzərə alınmaqla yenidən hesablanaraq təqdim olunub. 

Namiq HUN

tag: Rocer Federer,İsveç, İspaniya, Forbes, todaypress.az,