Cokoviç: “Mən tennisə borclu olduğumu hiss edirəm”

İdman

03.10.2024 14:45

Novak Cokoviç gələcək karyerası ilə bağlı planlarını açıqlayıb.

TodayPress xəbər verir ki, “Böyük Dəbilqə” yarışlarının 24 qat qalibi olan serbiyalı tennisçi, ATP turlarındakı planlarından danışıb. 

"Əsl plan karyeramdan həzz almağa çalışmaq, mümkün qədər həyatdan həzz almaqdır. Ötən 20 il ərzində mən müəyyən bir cədvəl hazırlamışam və onu balanslaşdırmağa, ailəmlə, uşaqlarımla keçirdiyim vaxtı əldən verməməyə çalışıram. Mənim prioritetlərim Slamlar və ölkəm üçün oynamaqdır. Mən həm də Şanxaydakı Masters kimi böyük ATP turnirlərində oynamağı xoşlayıram" Cokoviç bildirib.

Qeyd edək ki, tennisə olan sevgisini etiraf edən 37 yaşlı raketka ustası təqaüdə çıxdıqdan sonra da idmanı tərk etməyəcəyini bildirib.

Namiq HUN

tag: Cokoviç, Şanxay ,ATP, Masters ,Tennis ,Böyük Dəbilqə, todaypress.az,