Cokoviç əfsanənin rekordunu təkrarladı
Serbiyalı tennisçi Novak Cokoviç Açıq Avstraliya çempionatının ilk turunda amerikalı Nişeş Basavareddiyə qalib gəlib.
TodayPress xəbər verir ki, 37 yaşlı raketka ustası “Böyük Dəbilqə” seriyalı turnirlərdə 429-cu görüşünü keçirib.
Cokoviç rekordçu, 2022-ci ildə karyerasını başa vuran Rojer Federerə çatıb.
Qeyd edək ki, Novak Cokoviç 10 dəfə Açıq Avstraliya çempionatının qalibi olub. Bundan başqa o, 7 dəfə “Böyük Dəbilqə” seriyalı “Uimbldon”, 4 dəfə Açıq ABŞ çempionatının, 3 dəfə isə “Rolan Qarros” turnirini qazanıb.
Namiq HUN
tag: Tennis ,Novak, Çempionat, Tur ,todaypress.az,