Cokovic bütün dövrlərin rekordunu rəsmiləşdirdi
Novak Cokovic tennis rekordu müəyyən edib.
TodayPress xəbər verir ki, Açıq ABŞ çempionatının hazırkı qalibi olan serbiyalı tennisçi turnirin üçüncü raunduna vəsiqə qazanıb.
Cokoviç ikinci raundda həmyerlisi, dünyanın 109-cu tennisçisi olan Laslo Cereyə qalib gəlib. Bu uğuru ilə Cokoviç Açıq ABŞ çempionatında 90-cı qələbəsini qazanıb.
Novak Cokoviç dünyada bütün “Böyük Dəbilqə” turnirlərində 90 qələbə qazanmağı bacaran yeganə tennisçidir.
Namiq HUN
tag: ABŞ, Cokkoviç, Böyük Dəbilqə ,Çempionat, Turnir, todaypress.az,